Bakının Nizami rayonunda zorlama faktı qeydə alınıb.
Xeberci.az "teleqraf.com”a istinadən xəbər verir ki, paytaxt sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə tanış olub.
Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.
Bu günlərdə Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.
Roman həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub.
Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.
Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.
Samirə evdə qaldığı müddətdə Roman onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə),
145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.
Nizami rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və Roman İbrahimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.