Ötən gecə saat 03:00 radələrində paytaxtın Qara Qarayev metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünə bıçaqla xəsarət yetirib.
Xeberci.az Oxu.Az-a istinadən məlumatına görə, Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib.
M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə, sol qolunu doğrayıb.
Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.