Bakıda sərnişin taksi sürücüsünün təcavüzünə məruz qaldı - VİDEO

Bakıda sərnişin taksi sürücüsünün təcavüzünə məruz qaldı - VİDEO

Bakıda taksi sifariş edən şəxs sürücünün hücumuna məruz qalıb.

Xeberci.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Elvin Ağayev bir neçə gün əvvəl taksi şirkətlərindən birinə sifariş verdiyini, operator xanıma metronun "Neftçilər” stansiyası yaxınlığından Babək prospektinə gedəcəyini deyib.

Operator gediş haqqının 2 manat 90 qəpik olduğunu bildirdikdə, o, taksinin həmin ünvana gəlməsini istəyib.

"Taksi gəldi. Məni həmin əraziyə yox, başqa yerə apardı. Sonra gətirdi məni dediyim ünvana. Mən həmin məbləğin üstünə əlavə iki manat qoyub verdim. Başladı ki, "pulu belə niyə atırsan. İt qabağına atmırsan”, sonra üstümə hücum elədi. Mənə dedi yeddi manat verəcəksən. Dedim axı qız 2.90 manat deyib, mən də əlavə iki manat verirəm. Sonra başladı əl-qol atmağa”, - deyə E. Ağayev bildirib.

Sürücünün E. Ağayevə hücum edib döyməsinə ətrafda olan insanlar mane olub. Onlar sərnişin E. Ağayevi tez yaxınlıqdakı obyektə salıblar. Sürücü getdikdən sonra o çıxıb və sifariş etdiyi taksi şirkətinə bu barədə məlumat verib.

Sözügedən taksi şirkətinin icraçı direktoru Anar Ağayev bildirib ki, həmin sürücü ofisə çağırılıb və səhvi ona izah olunduqdan sonra işdən azad edilib.


loading...