Ötən gecə saatlarında Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberci.az oxu.az-a istinadən xəbərinə görə, Babək prospektində Həsənli Elşənin idarə etdiyi “Mercedes” markalı, 90 CA 956 dövlət nömrə nişanlı avtomobil, yolun ortasında “Azərsu” ASC tərəfindən qazılmış çuxura düşüb.
Sürücü ciddi xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Qeyd edək ki, ərazidə qazıntı işlərinin aparılması ilə bağlı xəbərdarlıq nişanları yerləşdirib. Avtomobilin hansı səbəblərdən çuxura düşməsi araşdırılır.