Özünü asan 3 uşaq anasının intihardan öncəki səs yazısı - O, məni yaşamağa qoymadı - VİDEO

Özünü asan 3 uşaq anasının intihardan öncəki səs yazısı - O, məni yaşamağa qoymadı - VİDEO

Ötən il Şəkidə 3 uşaq anası Səidənin özünü asaraq öldürməsinin təffərüatları ortaya çıxıb.

Xeberci.az baku.ws-ə istinadən xəbər verir ki, Səidənin anası Elmira xanım Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” proqramına gələrək qızının ölümündə qudasını günahlandırıb. 

Gözü yaşlı ana Səidənin intihar öncəsi qardaşı Zaminə və bacısı qızı Aytaca göndərdiyi səs yazısını təqdim edib. 

Efirdə səsləndirilən səs yazısında həyatına son qoyan üç uşaq anası ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini və özünü asmasının səbəbini deyir: 

“Məniim bu gün həyatıma son qoymağımın səbəbkarı qayınanamdır. O arvad qoymadı bu dünyada xoş gün görüm. Daha dözə bilmirəm. Məni bağışlayın. Sizdən xahişim budur ki, meyitimi burada qoymayın. Rövşəni də tutdurmayın, qoyun uşaqlarıma baxsın. Sizin başınızı aşağı salacaq bir iş görmədim. Sevdiyimə ərə getdim, axıra qədər də tək onu sevdim"

 
 

loading...