Xəbər verdiyimiz kimi, bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.
Xeberci.az xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.
Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.
Məhkəmə müşavirədən sonra qərar verib. Hakim Bəxtiyar Məmmədov iddianı təmin etməyib və işə xitam verib. Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.
Məhkəmə prosesi zamanı dava düşüb. Prosesdə iştirak edən Qarabağ qaziləri Nərmin Şahmarzadənin Mübariz İbrahimovu təhqir etməsinə görə ona etiraz ediblər.