Bakıda piyada keçidindən keçən qadını maşın vurub öldürdü

Bakıda piyada keçidindən keçən qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Bu barədə Xeberci.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.


loading...