Üç uşaq anası itkin düşüb

Üç uşaq anası itkin düşüb

Neftçala rayonunda üç uşaq anası itkin düşüb. 

Xeberci.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. 

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


loading...