Bakıda səkkizinci sinifdə oxuyan qızı qaçırdılar - Atalığı ilə problemi varmış

Bakıda səkkizinci sinifdə oxuyan qızı qaçırdılar - Atalığı ilə problemi varmış

Bakının Xəzər rayonunda səkkizinci sinifdə oxuyan qızı qaçırıblar.

Xeberci.az ölke.az-a istinadən xəbər verir ki, hadisə Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə baş verib. Bildirilir ki, Şəfəq Məmmədova (ad və soyad şərtidir-İ.V.) iki ildir sözügedən məktəbdə oxuyan qızın atasıyla anası bir müddətdir ayrılıbmış. Qızın anası isə ikinci dəfə ailə qurubmuş. Ehtimal edilir ki, qızın atalığıyla münasibətlərində problem olub. 

230 saylı orta məktəbin direktoru Təhmasib Məmiyev isə söhbətində bildirib ki, hadisə dərs zamanı baş verməyib:

"Faktı polis araşdırır. Amma mən sizə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin uşaq dərsdən sonra qaçıb".


loading...