Zaurun verilişində əməliyyatı üçün 120 min dollar yığılan Cəbrayıl dünyasını dəyişdi - VİDEO

Zaurun verilişində əməliyyatı üçün 120 min dollar yığılan Cəbrayıl dünyasını dəyişdi - VİDEO

ATV-də yayımlanan "Bizimləsən" verilişində əməliyyatı üçün pul toplanan Cəbrayıl dünyasını dəyişib.

Xeberci.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev məlumat verib. O bildirib ki, Cəbrayıl bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Cəbrayılın əməliyyatı üçün 120 min dollar lazım idi. O, iki dəfə ürəyindən əməliyyat olunmuşdu.

21 yaşlı Cəbrayıl Azərbaycan Dənizçilik Akademiyasının birinci kurs tələbəsi olub. Lakin səhhəti ilə əlaqədar təhsilini dayandırmalı olub. Bu, ailənin ikinci itkisidir. Belə ki Cəbrayılın bacısı iki əvvəl avtomobil qəzasında dünyasını dəyişib.

Allah Rəhmət Etsin!


loading...