Bərdədə bacıların faciəsi - Hər ikisi reanimasiyadadır

Bərdədə bacıların faciəsi - Hər ikisi reanimasiyadadır

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Xeberci.az sputnik.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Rayon sakinləri - 2005-ci il təvəllüdlü Əliyeva Fatma Saleh qızı və kiçik bacısı, 2008-ci il təvəllüdlü Əliyeva Gülay Saleh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki bacının reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Həkimlərin bildirdiyinə görə, hər ikisinin vəziyyəti kafidir. Hadisəyə səbəb vanna otağında dəm qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.


loading...