Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi itkin düşüb.
Xeberci.az xəbər verir ki, paytaxt sakini 1985-cü il təvəllüdlü Gülmira Əbilova 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan dayısı qızı, 1998-ci il təvəllüdlü Məmmədova Ayza Şahin qızının noyabrın 22-də saat 08 radələrində oxuduğu Bakı Dövlət Univeristetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
"Dünən Ayzanı universitetə yola salmışam. Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxıb. Həmişə saat 3-4 arası evdə olurdu. Axşam saat 06:00-a qədər gözlədim, gəlmədi. Sonra baxdım ki, evdə bəzi əşyaları - kompüteri, kosmetika əşyaları yoxdur.
Mən də yoldaşımla polisə müraciət etdim. Xəbər aldıq ki, bu adla Rusiyaya bilet alınıb. Atası, anası orada yaşayır. Qardaşımla əlaqə saxladım, onların da yanında deyil. Onlar da Rusiyada axtarışa veriblər. Xahiş edirəm, kömək edin”.
BDU-dan verilən məlumata görə, Ayza Məmmədova dərsdə iştirak etməyib və dərsdə iştirak etmədiyinə dair jurnalda adının qarşısına "q” yazılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalara başlanılıb.