Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Xəbərçi.az Penitensiar xidmətin saytına istinadən bildirir ki, mərasimdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.
Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.