Sünnət qadağan oluna bilər

Sünnət qadağan oluna bilər

Anti-İslam qanunları və müsəlmanların dini abidələrinə təhqirlərlə tez-tez gündəmə gələn Danimarkada daha bir qalmaqallı adım atılıb.

 

“TRT Haber”in məlumatına görə, bunu irqçi mövqeyi ilə seçilən “Intact Denmark” adlı sosial qruplaşma edib. Onlar Danimarkada sünnətin qadağan edilməsi üçün 50 min imza toplayaraq parlamentə müraciət edib.

 

Sözügedən qanun layihəsində bildirilir ki, 18 yaşından kiçik oğlanların tibbi səbəb olmadan sünnət edilməsi qadağan edilsin. Bu qanunu pozanlara isə 6 il həbs cəzasının verilməsi təklif edilir.

 

Layihənin parlamentdə müzakirəyə çıxarılması gözlənilir.


loading...