Banana görə nişanlısından imtina etdi

Banana görə nişanlısından imtina etdi

Türkiyədə qəribə və bir o qədər də gülməli hadisə baş verib.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Bursa bölgəsində nişanına sayılı günlər qalan gəlin bananların rənginin solğun olduğunu deyərək üzüyü qaytarıb.

Belə ki, bir-birini sevərək ailə arasında nişanlanan cütlük daha böyük nişan üçün gün təyin edib. Lakin bəy gəlinin bananların rənginin solğun olduğunu deyərək üzüyü qaytarmasından sonra şoka düşüb. Bundan sonra o, nişanlısını məhkəməyə verib.

Məhkəmədə hər iki tərəfi dinləyən hakim gəlinə 5 min türk lirəsi təzminat cəzası verib.


loading...