Hindistanda qorxunc hadisə baş verib. Ölkənin Andra Pradeş əyalətində atraksiona minən uşaqlar dəhşətli anlar yaşayıb. Belə ki, idarəetmənin itirilməsi nəticəsində 10 yaşlı qız atraksiondan yıxılaraq ölüb. Bundan başqa 6 uşaq xəsarət alıb. Həmin anın görüntüləri orada olanlar tərəfindən qeydə alınıb.
Hadisə zamanı atraksionu idarə edən şəxsin sərxoş olduğu məlum olub. Zamanında müdaxilə edə bilmədiyini deyən şəxs vətəndaşlar tərəfindən döyülüb.