Türkiyənin Adana şəhərində dəhşətli hadisə yaşanıb.
Xəbərçi.az bildirir ki, 36 yaşlı qadın gəzməyə çıxdığı sevgilisi tərəfindən döyülərək bıçaqlanıb. Canını ondan zorla qurtaran Məryəm Təkin, özünü təcili xəstəxanaya çatdırıb. Hadisənin baş verməsinə səbəb Mustafa.M-in avtomobildə gəzərkən sevgilisinə içki içmək təklifi olub. Daha sonra bu təklif davaya çevrilib və bədbəxt hadisə ilə nəticələnib.
Polis qızın sevgilisinin həbsi üçün axtarışlara başlayıb.