Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında qanlı hadisə

Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında qanlı hadisə

Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

XƏBƏRÇİ.AZ report-a istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.


Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 


loading...