
İstanbul boğazındakı “15 iyul şəhidləri” körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üç rəngli bayrağının rənglərində işıqlandırılıb.
XƏBƏRÇİ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, körpünün işıqlandırılması mayın 28-də də davam edəcək.
Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub.
Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.