Oğlan bilib tanış oldu amma qız çıxdı

Oğlan bilib tanış oldu amma qız çıxdı

Türkiyədə qəribə və bir o qədər də gülməli hadisə baş verib. Belə ki, Serpil Karahasan adlı qadın “Facebook” sosial şəbəkəsində özünə “Kaan Yıldız” adı ilə saxta profil açıb və profilə oölan şəkli qoyub. Bu profildəki yaraşıqlı oğlan şəklini görən Şükran Ö. ona dostluq təklifi göndərərək nömrəsini ona atıb.

Saxta Kaanla danışan Şükran bir müddət sonra onunla “whatsapp” vasitəsilə əlaqə qurmağa başlayıb. Danışdığı adamla görüşə gedən qız guya “Kaan”ın bacısı olduğunu deyən Serpil Karahasanın özü ilə qarşılaşıb.

Serpil Şükrana onu çox bəyəndiyini yazaraq görüşmədən evlənməyə razı salıb. Təxmini 4 illik münasibət müddətində Şükran sevdiyi adama pul və bir çox hədiyyələr göndərib.

Son olaraq Şükrandan 300.000 türk lirəsi istəyən Serpil Karahasan qızın etirazı ilə qarşılaşıb. Bu zaman “Kaan” onu ayrılmaqla və göndərdiyi yarıçılpaq şəkillərini yaymaqla təhdid edib. Bundan sonra aldadıldığını bilən Şükran polisə şikayət edib. Polislə əməkdaşlıq edən Şükran Serpilin həbs olunmasına kömək edib.

Məhkəməyə çıxarılan Serpil Karahasan 2 il 2 ay 24 gün müddətinə azadlıqdan məhrum olunub.


loading...