“Cin çıxarma” adı ilə təcavüz etdi

“Cin çıxarma” adı ilə təcavüz etdi

XƏBƏRÇİ.AZ xarici KİV- ə istinadən xəbər verir ki,  Türkiyədə dəhşətli hadisə yaşanıb. Belə ki, 32 yaşlı E. E. adlı qadın 5 yaşlı autizm xəstəsi olan oğluna görə molla yanına gedib. O, uşağını dostunun məsləhəti ilə Eyüpsultan bölgəsində yaşayan 71 yaşlı Ziyəddin Ç.-nin yanına aparıb.

Bu zaman molla qadından oğluna dua yazmaq üçün 5 min türk lirəsi alıb. Pulu alan Ziyəddin Ç. qadına “oğlunu həftədə 2 dəfə gətir” deyib. Lakin mollanın hər dediyini edən qadın əxlaqsız təkliflə qarşılaşıb. 4 ay boyunca təsir altında cinsi münasibətə sövq edildiyini deyən E. E. oğlunda bir dəyişiklik görmədikdə məhkəməyə müraciət edib.

2 uşaq anası olan qadın başına gələnləri “Məndə cin olduğunu və bunun uşağıma keçdiyini deyirdi. Əgər özüylə cinsi münasibətə girsəm onların məni tərk edəcəyini bildirdi. Qeyri-adi formada onun dediklərini edirdim. Bunun sayəsində yaxşı və pis insanları tanıya biləcəyimi da söyləyirdi” deyə şərh edib.

Polisin araşdırması nəticəsində hadisə yerindən bir sıra dualar, müxtəlif otlar, cadu əşyaları tapılıb.

Beləliklə, saxtakar mollaya 18 il müddətinə həbs cəzası verilməsi tələb olunub.


loading...