Xəzər dənizində 3 maqnituda gücündə zəlzələ baş verib.
XƏBƏRÇİ.AZ məlumat verir ki, AMEA-nın Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların yerli vaxtla saat 01:48-də baş verdiyini qeydə alıb.
Üç maqnituda gücündə və 61 km dərinlikdə qeydə alınan zəlzələ hiss olunmayıb.