Bakıda dəhşətli YANĞIN: Vəzifəli şəxslər hadisə yerinə gəldi -

Bakıda dəhşətli YANĞIN: Vəzifəli şəxslər hadisə yerinə gəldi -

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib. 

XƏBƏRÇİ.AZ -in APA-ya istinadən xəbər verirki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

12:48

Yanğın baş verən ərazidə yollar bağlanıb. 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. 

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

12:31

Bakıda biznes mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulan binada yanğın başlayıb.

APA-nın məlumatına görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


loading...