Bakı və Oğuz sakinlərindən ov tüfənfi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XƏBƏRÇİ.AZ - a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Fərzəliyevdən “Makarov” markalı tapança, 2 ədəd güllə darağı və 14 ədəd patron, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Şirvan şəhər sakini Orxan Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Sabunçu rayonunun Nardaran qəsəbə sakini İsmayıl Allahverdiyev “İJ-16” markalı nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Aprelin 27-də Oğuz rayonunun Xaçmaz kəndində yaşayan Aynur Saadova evdə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.