“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi danışdı - VİDEO

“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi danışdı - VİDEO

Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib. Xəbərçi.az bakupost.az-a istinadən bildirir ki, o, sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm. Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma qarşı tərəfin görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir. O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb qolunu kəsirdi. Sizcə bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O buna layiqiydi”.

  O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”. 


loading...