Salyanda ağır qəza: ÖLƏNLƏR VAR

Salyanda ağır qəza: ÖLƏNLƏR VAR

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. XƏBƏRÇİ.AZ bildirir ki, hadisə zamanı 2 nəfər ölüb. Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi “VAZ-2107” markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.   Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib.   Faktla bağlı araşdırmalara başlanılıb.


loading...