Dayı 24 yaşlı bacısı qızını zorladı - "Xəbərim olmadan cinsi əlaqədə olub"

Dayı 24 yaşlı bacısı qızını zorladı - "Xəbərim olmadan cinsi əlaqədə olub"

Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu təsdiqlənən evli, 2 uşaq atası A.İ.-nin (42)  21,5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

Xəbərçi.az məlumat verir ki, təqsirləndirilən şəxsin məhkəmədəki özünü müdafiə çıxışı hər kəsi təəccübləndirib.

İddiaları qəbul etməyən A.İ. "Mən xəbərim olmadan, icazəm olmadan mənimlə cinsi əlaqədə olub. Əslində mən ondan şikayətçiyəm" ifadələrini işlədib.

Gənc qız ilk dəfə dayısı tərəfindən 2016-cı ildə təcavüzə məruz qaldığını, lakin təhdidlərə məruz qaldığı üçün ailəsinə deməyə qorxduğunu açıqlayıb.

Bundan sonra A.İ. növbəti dəfə bacısı qızı ilə qarşılıqlı razılıq əsasında cinsi əlqədə olduqlarını deyib: "Özü tez-tez mənə toxunaraq və mesaj yazaraq buna vadar edirdi. Bir neçə dəfə özünün istəyi ilə bir yerdə olduq. Anam və öz anasının eyni otaqda olduğu anda belə birlikdə olduq".

Məhkəmə prosesi təxirə salınıb. (milli.az)


loading...