Böyükağa Hacıyevlə vida... -

Böyükağa Hacıyevlə vida... -

16:29

"Neftçi"nin və Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevlə vida mərasimi keçirilir.

Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, mərasimdə "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov, tanınmış futbol mütəxəssisi Vaqif Sadıqov iştirak edir. 

Qeyd edək ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib.

-----------
14:09

Bu gün vəfat edən Azərbaycanın tanınmış futbol məşqçisi Böyükağa Hacıyev saat 14:30-da dəfn olunacaq.

Xəbərçi.az məlumat verir ki, bu barədə report-a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib. O bildirib ki, mərhum Keşlə qəbirstanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi Keşlə məscidində olacaq.

B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.

Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.


loading...