 
                                    
                        Bakı metrosunda ölüm hadisəsi baş verib.
	Xəbərçi.az məlumat verir ki, Cebhe.info əməkdaşının verdiyi məlumata görə, hadisə bu dəqiqələrdə “28 may” metrostansiyasında qeydə alınıb. 
	
	Dünyasını dəyişən kişi 60-65 yaşlarındadır. İlkin ehtimallara görə, şəxsin platformada halı pisləşib və ürək tutmasından dünyasını dəyişib.
Polislər hadisə yerinə yaxınlaşmağa icazə vermirlər.
Hadisə yerində hələ ki, təcili tibbi yardım görünmür.
 
                                    
                                 
            

 
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            