Azərbaycanlı musiqiçi intihar etdi

Azərbaycanlı musiqiçi intihar etdi

Azərbaycanlı musiqiçi Pircan Həsənov həyatını itirib.

Bu barədə klarnet ifaçısı Hüseyn Məmmədoğlu sosial şəbəkədə məlumat yayıb. 

O, instaqramda musiqiçinin fotosunu paylaşaraq ailəsinə başsağlığı verib: "Bu xəbər məni çox üzdü. Əziz dostum, Allah günahlarını bağışlasın”. 

***
Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu axşam.az-a bildirib ki, P.Həsənov özünü zəhərləyib:

"Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb”.

 


loading...