Qəbələ rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Xəyal Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xəyal Verdiyevin 29 oktyabr 2016-cı il tarixdən 30 oktyabr 2016-cı il tarixə keçən gecə, saat 04-də Qəbələ rayonunun Kürd kəndində valideynləri ilə birlikdə yaşadığı iki mərtəbəli həyət evinin birinci mərtəbəsində arvadı Səbinə Verdiyeva ilə aralarında mübahisə yaranıb. Münaqişə zamanı Səbinə Verdiyeva Xəyal Verdiyevin valideynlərinin və onun ünvanına mütəmadi olaraq nalayiq söyüşlər işlədib, onları təhqir edib. Bundan əsəbiləşən Xəyal Verdiyev Səbinə Verdiyevanı boğaraq öldürüb. “Valideynlərimi təhqir edirdi” İstintaq orqanı tərəfindən Xəyal Verdiyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham elan olunub. Təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal Verdiyev bildirib ki, Səbinə ilə 27 iyul 2010-cu ildə ailə qurub və arvadı ilə atasına məxsus Qəbələ rayonunun Kürd kəndində yerləşən ikimərtəbəli evin birinci mərtəbəsində olan otaqda, valideynləri isə yan otaqda yaşayıblar: “Səbinə ilə olan nikahımızdan üç uşağım olub. Hadisə olan günədək uşaqlarım və valideynlərimlə birlikdə yaşamışıq. Evləndikdən sonra təxminən bir il normal ailə kimi yaşamışıq. Lakin sonra Səbinə mənə və valideynlərimə qarşı pis rəftar edib, onlara təhqiramiz ifadələr işlədib, tez-tez səbəbsiz dava-dalaş salıb”. “Arvadım televizora baxırdı, uşaqlar ağlayırdı” Xəyal Verdiyevin sözlərinə görə, Səbinənin müalicəsi ilə daim məşğul olmasına baxmayaraq, əri kimi ona hörmət qoymayıb, uşaqlara baxmayıb, uşaqların altını belə çox vaxt özü təmizləyib: “Səbinə gün ərzində heç bir iş görməyib, bütün günü televizora baxıb, dəfələrlə acıq edib atası evinə getsə də, ailəsinin dağılmaması üçün onu evə gətirib. Oktyabrın 29-da kəndin yaxınlığında heyvanları otararkən Səbinə mobil telefonuma zəng edərək tez evə gəlməyimi istədi. Evə gəldikdə, Səbinənin televizora baxdığını, uşaqların altını buladığını və ağladıqlarını gördüm”. “Dayısının yanında yaşayacağını bildirdi” Təqsirləndirilən şəxs qeyd edib ki, Səbinəyə uşaqlara baxmasını deyib: “Səbinə ona göstəriş verməməyimi, ürəyi nə vaxt istəsə, onda da uşaqlara baxacağını bildirdi. Bundan sonra özüm uşaqların altını təmizlədim, onlara çay verdim və uşaqları yatırtmaq üçün televizorun səsini aşağı saldım. Bu vaxt arvadım yenidən televizora səs verdi və onunla mübahisə etməyə başladı. Səbinədən uşaqlara yatmağa imkan verməsini xahiş etdim. O, isə mənə və valideynlərimə qarşı təhqiramiz şəkildə nalayiq ifadələr işlətdi. Həmin gecə bütün kənd camaatını, prokurorluq və polis əməkdaşlarını evə yığacağını, məhkəməyə gedərək boşanmaq üçün müraciət edəcəyini, uşaqları ilə birlikdə Bakıda, dayısının yanında yaşayacağını bildirdi”. “Dedi ki, sən kişi deyilsən” Xəyal Verdiyev bildirib ki, onlar mübahisə edərkən uşaqlar artıq yatıb: “Dəfələrlə Səbinəni sakitləşdirməyə çalışsam da, Səbinə mənimlə mübahisə etməyə davam etdi. Dedi ki, sən kişi deyilsən. Onun bu sözü məni hövsələdən çıxardı. Bizim mübahisəmiz gecə saat 4-ə qədər davam etdi. Həmin müddət ərzində biz çarpayıda uzanmış vəziyyətdə olmuşuq. Səbinə iki dəfə duraraq kənd camaatını evə yığacağını dedi və çölə çıxmaq istəyəndə sinəsindən basaraq yatdığı yerə uzatdım. 3-cü dəfə Səbinə yerindən qalxmaq istədi. Yenə də onun yerindən qalxmasına mane olmaq istədim. Bu zaman Səbinə məni təpiklə vurdu”. “Əsəbi olduğumdan boğazını sixdığımı hiss etmədim” Təqsirləndirilən şəxs qeyd edib ki, Səbinənin vurduğu təpik zərbəsindən həddən artıq əsəbiləşib və hövsələdən çıxıb: “Bu zaman Səbinənin boğazından tutaraq uzandığı çarpayıya sıxdım. Ancaq həddindən artıq əsəbi olduğumdan Səbinənin boğazından necə sıxmağımı hiss etmədim. Səbinəni uzandığı çarpayıya sıxmağım təxminən 8 saniyə çəkdi. Bu zaman Səbinənin boğulduğunu görərək ona ağzımdan nəfəs verdim, su gətirdim. Lakin həmin vaxt Səbinənin hərəkətsiz olduğunu və nəfəs almadığını gördüm. Onun öldüyünü bildim. Dərhal atam və anamın yatdığı yan otağa keçdim. Atamı yuxudan oyadaraq Səbinəni boğaraq öldürdüyümü dedim. Atam məsləhət bildi ki, polis şöbəsinə gedərək təslim olmaq lazımdır. Ona görə atam məni özünə məxsus maşınla polis şöbəsinə apardı. Beləliklə, könüllü olaraq Qəbələ rayon polis şöbəsinə gedərək törətdiyim cinayət əməlimi etiraf etdim”. “Hadisə məni sarsıdıb” Təqisrləndirilən şəxsin ifadəsinə görə, hadisə olan zaman Səbinə hamilə olmayıb və bu barədə aralarında hər hansı mübahisə olmayıb: “Həmişə Səbinənin qayğısına qalmışam, onu mütəmadi olaraq həkimə aparmışam, müayinə və müalicə etdirmişəm. Anamdan və bacımdan artıq Səbinəyə diqqət göstərmişəm. Heç zaman Səbinəni öldürmək niyyətində olmamışam. Hadisə məni o qədər sarsıtmışdı ki, verilən cəzanı çəkib qurtarsam belə, çəkdiyim əzab və iztirablar məni rahat buraxmayacaq. Əməlimdən son dərəcə peşman olmuşam”. “Qızım deyirdi ki, onu məcbur tövlədə yatırdıblar” Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Məzahir Cabbarov bildirib ki, Xəyal Verdiyev bibisi qızının oğludur: “Qızım Səbinə uşaqlıqda bibim qızının yanında böyüyüb. Xəyalı əsəbi adam kimi tanıdığım üçün Səbinəni ona ərə vermək istəməsəm də, bibim qızına görə bu nikaha razı olmuşam. 7 ildir ki, qızım Səbinə Xəyalla evli olub, birgə nikahlarından 3 övladları olub. İlk bir il ərzində onların münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşib. Hətta bir neçə dəfə qızım yaşadığımız evə gələrək əri və onun valideynləri tərəfindən döyüldüyünü, məcburən tövlədə yatdığını deyib”. “1 aylıq hamilə olduğunu deyib” Məzahir Cabbarovun sözlərinə görə, sonradan qızı Xəyalla barışıb və yenidən evinə gedib: “Baş vermiş hadisədən bir neçə gün əvvəl Səbinə evimizə gələrək anasına 1 aylıq hamilə olduğunu, lakin 3 azyaşlı uşağa baxa bilmədiyi üçün uşağı aldırmaq istədiyini, Xəyalın və onun ailəsinin isə bunun üçün ona pul vermədiklərini bildirib. Səbinənin anası ona pul təklif etsə də, Səbinə razılaşmayıb. Xəyaldan heyvanlardan birini sataraq ona pul verməsini tələb edəcəyini bildirib”. “Qızımın əri tərəfindən öldürüldüyünü dedilər” Hüquqi varisinin ifadəsinə görə, oktyabrın 30-da, səhər saat 6-da yol kənarında qoyunları otardığı vaxt, qardaşı Rasimin nəvəsi Asif ona yaxınlaşaraq təcili evə getməsini deyib: “Evə girən zaman ailə üzvlərimin ağladıqlarını gördüm. Onlardan nə baş verdiyini soruşdum. Qızım Səbinənin əri Xəyal tərəfindən öldürüldüyünü dedilər. Lakin onun necə öldürülməsini ilk öncə bilməmişəm. Bu xəbərdən halım pisləşdi, sonradan Xəyalın 30 oktyabr 2016-cı il tarixə keçən gecə, saat 04-də yatdıqları otaqda qızı Səbinəni boğaraq öldürməsini öyrəndim”. 10 il 6 ay cəza Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Verdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Onlar Xəyal Verdiyevin barəsində olan cəzanın artırılmasını istəyiblər. Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.(publika.az)
Əri hamilə arvdını yataq otağında 8 saniyəyə öldürdü - - Qəbələdə ŞOK OLAY
-
20:18“Röyasına” haram qatanlar...
-
19:36Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
-
14:34Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO
-
13:56Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO
-
12:15Viskidən 3 şəxsin zəhərləndiyi "Baku City" restoranı bağlandı və sahibi saxlanıldı - VİDEO
-
14:12Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!
-
16:3122 yaşlı azərbaycanlı Amerikada 70 min dollar maaş alır
-
18:11Azərbaycan bayrağına qarşı hörmətsizlik
-
18:10Bakıda qız sərxoş atasını bıçaqladı
-
15:47Xalq artistininin əlinə pul verib alçaltdılar
-
15:47Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA
-
15:25Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar
-
14:56Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət
-
14:55Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
-
14:53Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi - "Həyatın dadı duzu yerinə gəlib"
-
10:21Bakıda evdə soba partladı - bir ailə yandı, uşaq öldü
-
17:46Bakıda nənə və nəvə FACİƏLİ şəkildə öldü
-
17:45Mənzillərə “kupça” verilməməsində “MTK maraqları”
-
16:59Bakıda film kimi olay - Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
-
16:598 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
-
13:28Azərbaycanda maraqlı hadisə - 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
-
10:12Bakıda qardaş bacının qanını tökdü
-
10:08Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
14:51Sənədsiz bina qalmayacaq - Prezident çoxmənzilli binalarla bağlı fərman verdi
-
09:57Masallı rayonunda zəlzələ baş verib
-
16:19Tacir Şahmaroğlu - Gözümün qarşısında anamı sürüyürdülər
-
16:16Fədayə yenidən hakim qarşısına çıxacaq
-
16:12Rusiyada şok olay: bu dəfə ağ deyil, qara rəngdə qar yağdı - FOTO
-
15:20Nazir çörəyin qiymətindən danışdı
-
13:55Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - Ölən şəxsin adı məlum oldu
-
13:55Bakıya sulu qar yağacaq
-
12:33Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
-
12:49Xeberci.az-ın xeyriyyə layihəsi - məşhurlar 150 nəfər əqli qüsurlu xəstələrə konsert verdilər - VİDEO
-
11:27Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
-
11:26Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
-
11:25Şamaxıda yenidən vulkan püskürüb
-
10:57Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
-
19:14Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobusu idarə edir - VİDEO
-
19:09"Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - Nazənin
-
19:09Bakıda əməliyyat - Seksual manyak tutuldu
-
19:0063 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTO
-
12:28Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı
-
12:26Bakının məşhur hamamında yanğın - ölən var
-
12:04Azərbaycanlılar İstanbulda qəzaya düşdü - yaralılar var - FOTO
-
10:09Bakıda film kimi hadisə
-
10:07“Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
-
10:06Bakıda xanım polis kapitanı qəzaya düşdü
-
18:25"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU
-
18:19Ayaqları tutulan Ağakərimin son görüntüləri
-
17:43Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - Pulları geri qaytaracaqlar
-
14:46Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR
-
14:45Bir nəfər özünün dənizə atdı - FHN axtarışa başladı
-
14:44Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO
-
11:14Məşhur bankın rəhbər şəxsləri həbs edildi - Qanunsuz kreditlərə görə
-
11:12"Səba" fermerlərə müraciət edir
-
11:11Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT
-
11:11Xalq artisti - Qalmaqallar, söz-söhbətlər mənlik deyil
-
17:11Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisə
-
17:10Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya - “Ayıbdır”
-
17:10BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı
-
12:19Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - ŞAD XƏBƏR
-
12:11Bakının məşhur şirniyyat evində iyrənc mənzərə - Vitrində siçovullar gəzir - VİDEO
-
10:50BDU-nun tələbəsi öldürüldü
-
10:49Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü
-
17:47Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
-
17:14Azərbaycanda qrip virusu ilə bağlı son vəziyyət açıqlandı
-
16:23“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları
-
16:22Röyanın oğlu Hüseyn "102"-yə müraciət etdi
-
14:42“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı
-
13:08Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR - VİDEO
-
10:04Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza
-
10:03Bakı MDB-nin ən romantik şəhərləri sırasında
-
17:53İlham Əliyev general rütbələri verdi
-
17:51Bakıda ilk dəfə xəstəyə süni ürək qoyulub - VİDEO
-
17:50Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA
-
17:33Ürəkdağlayan an Ölüm anlarını mobil telefona çəkdilər/ FOTOLAR- VİDEO
-
17:07"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama
-
17:02Minanın sinə dekoltesi tənqid edildi
-
16:59Bakıda dəm qazından zəhərlənmə - ana öldü, qızın vəziyyəti ağırdır
-
16:59Mübarizin portreti erməni səfirliyində asıldı
-
14:46Bakıda suçiçəyinə bənzər virus yayıldı
-
14:38Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - VİDEO
-
11:16Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
-
11:15Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB
-
16:07Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı
-
14:34Azərbaycanda məktəbdə biabırçılıq - Direktorla valideyn saçyolduya çıxdı - VİDEO
-
14:32“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurdu - biri öldü, ikisi xəsarət aldı
-
14:27Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapıldı
-
14:26Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi
-
14:24Sosial şəbəkədə “tutduğu” qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok hadisə
-
14:23Azərbaycanda əməliyyat – 150 nəfər saxlanıldı
-
14:15Rəqsanədən Xatunun barışıq jestinə cavab - "Gərək üz qoyaydın..."
-
11:08Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz
-
11:05Balakəndə qardaşlar qəzaya düşdü - ölən var
-
11:04Bakıda dönər evində gənc özünü doğradı - VİDEO
-
17:37Bu iyrənc yerdə hazırlanan süd məhsulları almayın
-
17:36Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
-
16:50İş adamı şəhid qızını vurub öldürən oğluna görə rüşvət verib - 52 min
-
16:48Donuz qripindan öldüyü deyilən tələbənin həkimi - DANIŞDI
-
16:47Heydər Əliyev Fondu Ağakərimin müalicəsini üzərinə götürdü