Bakıda iki şəxs arasında bıçaqlaşma

Bakıda iki şəxs arasında bıçaqlaşma Yaralı şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib   Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.   Xəbərçi.az bildirir ki, Mehmandarov, 20 ünvanında 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu onu təhqir edən şəxslə mübahisə edib.   Bu zaman tərəflər bir-birlərinə qarşılıqlı olaraq bıçaq zərbələri endiriblər. İki bıçaq xəsarəti alan V.Həsənov polis nəzarəti altında 3 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə hadisə yerində dünyasını dəyişib.   Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb. report.az
loading...