Türk aktyor Azərbaycanda da yaxşı tanınıb
Xeberci.az xəbər verir ki, Türkiyənin daha bir tanınmış aktyoru dünyasını dəyişdi. Azərbaycan tamaşaçısının da yaxından tanıdığı Ercan Yazgan ötən axşam 71 yaşında vəfat edib. Xəstəxanadan verilən məlumata görə, aktyor martın 3-də tənəffüs yollarında problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi. Daha sonra onda yüksək təzyiq, qaraciyər və böyrək çatışmazlıqları da yaranıb. Aktyor 1986-1988-ci illərdə TRT-də yayaımlanan "Perihan Abla" serialındakı sürücü rolu ilə məşhurlaşıb. 12 il fasiləsiz yayımlanan "Bizimkilər" və "Qayğısızlar" seriallarında da ifa etdiyi rollar ona uğur qazandırıb. Aktyor "qapıçı Cəfər" obrazı ilə daha çox məşhurlaşıb. E.Yazgan bir çox bədii filmdə də rol alıb.