Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.
Xeberci.az xəbər verir ki bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy Detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.
Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.