Nişanlısına mesaj yazıb, intihar etdi: "Mən getdim, salamat qal" ( Göyçayda )

Nişanlısına mesaj yazıb, intihar etdi: "Mən getdim, salamat qal" ( Göyçayda )

Göyçay rayonunda 23 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xəbərçi.az lent.az-a istinadən xəbər verir ki, Veysəlli kəndində yaşayan 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq "salamat qal, mən getdim" sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.

Yaxınlarının bildirdiyinə görə, gənc oğlanın asılı vəziyyətdə qalmış meyitini atası tövlədə tapıb. Onun 2 ay sonra toyu olacaqmış.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.


loading...