İki avtomobil toqquşdu - Yaralılar var

İki avtomobil toqquşdu - Yaralılar var

Lənkəran rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

"Xəbərçi.az" xəbər verir ki,  hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2104" markalı 42-BK-296 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış "Mercedes" markalı 99-XR-296 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2104" hərəkət istiqamətini dəyişərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Lənkəran rayonu Xarxatan kənd sakinləri - "VAZ-2104"ün sürücüsü 1940-cı il təvəllüdlü Məmmədov Məhərrəm Ruzi oğlu və sərnişini 1968-ci ildə anadan olmuş Məmmədova Əntiqə Möhübbət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Report.az


loading...