Bakıda kişi arvadını BIÇAQLADI

Bakıda kişi arvadını BIÇAQLADI

Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Xəbərçi.az məlumat verir ki, Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. (report)


loading...