Bakıda 42 yaşlı qadın qohumu tərəfindən zorlandı

Bakıda 42 yaşlı qadın qohumu tərəfindən zorlandı

Xəzər rayonunda zorlama hadisəsi baş verib.   

Xəbərçi.az oxu.az-a istinadən məlumat verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.  

Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.  

Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.


loading...