Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.
Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.