Mingəçevir şəhərində gənc qadın müəmmalı şəkildə ölüb.
Xəbərçi.az bildirir ki, hadisə axşam saatlarında şəhərin “Günəşli” yaşayış massivində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nuranə Adil qızı Abbasova kirayə yaşadığı evdə huşunu itirib. Qadının huşsuz vəziyyətdə yıxıldığını görən əri dərhal yola çıxıb və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarından kömək istəyib. Gənc qadın YPX avtomobioli ilə xəstəxanaya çatdırlıb. İlkin müayinələr zamanı qadının öldüyü məlum olub.
Gənc qadının dəm qazından boğularaq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırmalara başlanılıb. (report)