Azərbaycanda divanda yatan körpə uşağın FACİƏVİ SONU: Diri-diri yanıb öldü - TƏFƏRRÜAT

Azərbaycanda divanda yatan körpə uşağın FACİƏVİ SONU: Diri-diri yanıb öldü - TƏFƏRRÜAT

Beyləqan rayonunda yeni doğulmuş körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xəbərçi.az məlumat verir ki, fevral ayının 3-də rayonun 1-ci Şahsevənli kəndində baş verən hadisə yeni doğulmuş körpənin ölümü ilə nəticələnib. Belə ki, kənddə yerləşən evlərdən birində yanğın olub. Mənzilin pəncərəsinin pərdəsi sobanın üstünə düşüb və yanğın başlayıb. Yanğın qısa müddətdə pərdənin yanındakı divana keçib və bu zaman divanda yatan, 2017-ci ilin oktyabr ayında anadan olmuş Fərəcli Həbib Nurlan oğlu yanaraq ölüb. Ailə üzvləri yanğından xəbər tutanda artıq gec olub. 

Yanan uşaq Bakıya, Respublika Yanıq Mərkəzinə çatdırılsada, körpənin bədəninin çox hissəsi yandığından onun həyatını xilas etmək mümkün olmayıb. 
1-ci Şahsevənli kəndinin icra nümayəndəsi Ceyhun Quliyevin ölkə.az-a verdiyi açıqlamaya görə, “hadisə N.Fərəcliyə məxsus evin otaqlarından birində baş verib. Qısa qapanma nəticəsində yanğın olub və məlum hadisə baş verib. Heç bir qəsddən söhbət gedə bilməz. Valideynləri uşağa heç doğum şəhadətnaməsi belə almamışdılar”.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırmalara başlanılıb, dünyasını dəyişən körpənin valideynləri dindirilib.

 


loading...