2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.
Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, o, 4 ildir ki, əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A.Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətirilib.
Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən "Mila Displastik sindrom" diaqnozu qoyulub. O, Türkiyənin "Florence Nightinale" xəstəxanasında müalicə alırdı.
Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.