Azərbaycanlı biznesmen nişan günü FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanlı biznesmen nişan günü FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.  

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, hadisə ötən gecə saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.  

Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi "Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.   Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.  

Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.  

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


loading...