Sumqayıt şəhərində18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.
Xəbərçi.az report-a istinadən məlumat verir ki, hadisə şəhərin Betonzavod ərazisində, Gecəqondu məhəllələrindən birində baş verib.
Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.
Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub.
Faktla bağlı araşdırma aparılır.