Bakıda KÜTLƏVİ DAVA: Kişinin boğazı kəsildi

Bakıda KÜTLƏVİ DAVA: Kişinin boğazı kəsildi

Bakının Sabunçu rayonunda, küçədə 3 nəfər arasında dava baş verib.

Xəbərçi.az məlumat verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qurbanov Çingiz Yusif oğlu tanışları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ç.Qurbanov boğazından bıçaq xəsarəti alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları istintaq yolu ilə araşdırma aparır.

report


loading...