Göyərtəsində Azərbaycan vətəndaşları olan daha bir gəmi qəzaya uğrayıb

Göyərtəsində Azərbaycan vətəndaşları olan daha bir gəmi qəzaya uğrayıb

Moldovaya məxsus yük gəmisi Qara dənizdə, Krım yaxınlığında zədələnib.

Xəbərçi.az bildirir ki, gəminin ekipaj üzvləri təxliyyə edilib.

"Berq” yük gəmisinin korpusu zədələnib. Göyərtədə 12 nəfər olub”, -  agentliyin sözçüsü deyib.

O əlavə edib ki, gəmi Moldova bayrağı altında üzüb. Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Hadisənin təfərrüatı araşdırılır.

oxu.az


loading...