Şabran rayonunda intihar hadisəsi baş verib.
Xəbərçi.az məlumat verir ki, hadisə rayonun Gəndob kəndində baş verib.
Gəndov kəndinin bələdiyyə nümayəndəsinin publika.az-a verdiyi məlumata görə, kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib:
"Axşam saat 6-7 arası belə bir xəbər eşitdik. Gündüz orta təhsilli, sakit təbiətli oğlan idi. Traktor sürürdü. Heç kimlə problemi olmazdı. Dünən kənddə hesabat yığıncağı olub, orada da iştirak edib. Sonra elə axşam saatlarında gedib mal-qaraya yem verməyə. Evə gəlməyib deyə ailə üzvlərindən tövləyə gedib görüblər ki, özünü asıb. Bu gün saat 12-də dəfn ediləcək. Polis hadisənin intihar, yoxsa cinayət olduğunu araşdırır".
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.