Oğuzda FACİƏ: 2 uşaq anası özünü asdı

Oğuzda FACİƏ: 2 uşaq anası özünü asdı

Oğuzda iki uşaq anası intihar edib.

Xəbərçi.az məlumat verir ki,  yanvarın 28-i, saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 

Kəndin icra nümayəndəsi Mehman Mikayılovun ölkə.az-a verdiyi məlumata görə, mərhumun meyiti qayınanası tərəfindən aşkar edilib. 

"Q.Mikayılovanın qayınanası ilə qayınatası qonşuluqda xəstə yanına gediblər. Qayıdanda isə dəhşətli mənzərənin şahidi olublar. Qadının həyat yoldaşı mənim uzaq qohumumdur. Əri Aydın, rayonda yerləşən zavodda mexanik işləyir. Təminatlı ailə olublar. Q.Mikayılova kənd məktəbində müəllimə işləyib, 2 azyaşlı övladları var. Qız özü Oğuzun Top kəndindəndir. Münaqişəli ailə olmayıblar”.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 


loading...