Bakının mərkəzində güclü PARTLAYIŞ: 2 ölü, 1 yaralı - VİDEO

Bakının mərkəzində güclü PARTLAYIŞ: 2 ölü, 1 yaralı - VİDEO

Yanvarın 27-də paytaxtın "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.  

Xəbərçi.az məlumat verir ki, bu barədə oxu.az-a hadisə şahidləri məlumat verib.  

Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.  

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir. Nəsimi rayonunda baş verən partlayışa yaralanan şəxsin kimliyi müəyyənləşib  

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun ölkə.az-a verdiyi açıqlamaya görə, səhər radələrində təcili tibbi yardım maşını ilə 57 yaşlı Mahmudov Zahid Şükür oğlu bədənin çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.   

İlkin müayinə zamanı məlum olub ki, Z.Mahmudovun bədəni 90 faiz yanıb, vəziyyəti ağırdır.      


loading...