Bakıda kişi keçmiş arvadını boğaraq öldürüb.
Xəbərçi.az report-a istinadən məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Məlumata görə, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.
R.Babayev könüllü şəkildə polisə təslim olub. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.